Zamur Çitanava yerli sakinlərlə görüşüb və onların ehtiyaclarını dinləyib. Söhbət infrastruktur, sosial və səhiyyə sahələrindən gedir. Zamur Çitanava hər çərşənbə günü vətəndaş qəbulları keçirəcək. Qəbulda iştirak etmək istəyənlər görüş təyin etmək üçün Bolnisi Bələdiyyəsinin meri köməkçisi ilə əlaqə saxlaya bilərlər. Vətəndaşların qəbulunda merin birinci müavini Aleksandre Zabaxidze və meriya işçiləri iştirak ediblər.




