2008-ci ilin avqust müharibəsində Gürcüstanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan Saba Dadvani cüdo turniri Bolnisi bələdiyyəsinin cüdo zalında “Sion” xoreoqrafik ansamblı tərəfindən təntənəli şəraitdə açılıb, daha sonra Gürcüstanın dövlət himni səsləndirilib. Bolnisi artıq on ikinci dəfədir ki, beynəlxalq turnirə ev sahibliyi edir. Çempionatda Gürcüstanın müxtəlif bələdiyyələrindən 2008-2009 və 2010-2011-ci il təvəllüdlü iki yüzə yaxın gənc 20 çəki dərəcəsində mübarizə aparacaq. Cüdo üzrə Səba Dadvaninin xatirəsinə həsr olunmuş güləş iki gündür və sabah, dekabrın 12-də başa çatacaq. Birinci, ikinci və üçüncü yerlərin qalibləri müvafiq keyfiyyətdə medal, diplom və kubokla, Saba Dadavani kuboku isə bu il 50 çəki dərəcəsində, texniki cəhətdən ən doğru və düzgün çıxış edən güləşçiyə, hakimlər tərəfindən kim aşkar olunacaqsa ona veriləcək. Xatırladaq ki, Saba Dadvani uğurlu cüdoçu, bir çox turnirlərin çempionu və mükafatçısı olub.
Bolnisidə Saba Dadvani turniri davam edir
Şərh0
görünüşü238
əlaqəli məqalələr