Cümə axşamı, Noyabr 7, 2024
spot_img

Bolnisi parkında keçmiş kino klubunun köhnəlmiş binası sökülür

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin GIZ proqramı çərçivəsində “Cənubi Qafqazda Yerli İnkişaf üçün Yaxşı İdarəetmə” proqramı çərçivəsində Bolnisi Mədəniyyət və İstirahət Parkında keçmiş kinoklubun köhnəlmiş binasının sökülməsinə başlanılıb. Bolnisi Bələdiyyəsinin meri Davit Şerazadişvili, GİZ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Karl Testensen və GİZ-in Baş Ofisinin nümayəndəsi Sandra Şenke parkda aparılan işlərlə tanış olub, layihə haqqında danışıblar. Keçmiş kinoklubun bərpa olunmuş binasında qeyri-formal təhsil və peşə mərkəzinin, teatr zirzəmisinin, ədəbi-art-kafenin, koqnitiv və əyləncə məkanlarının, eləcə də konsert və məşq zallarının təşkili nəzərdə tutulur. Qeyd edək ki, layihə çərçivəsində Cavşaniani kəndindəki keçmiş məktəb binası sökülüb, burada gələcəkdə meydanın və stadionun salınması nəzərdə tutulub. “GİZ-in köməyi ilə Bolnisi Mədəniyyət və İstirahət Parkında yerləşən keçmiş kinoklubun köhnəlmiş binası sökülür. Bərpa olunan bina çoxfunksiyalı olacaq. Binada qeyri-formal təhsil və peşə mərkəzi, teatr zirzəmisi, ədəbi-bədii art-kafe, və əyləncə məkanları, eləcə də konsert və məşq zallarının olması planlaşdırılır. Cavşanina kəndində keçmiş məktəb sökülüb, orada gələcəkdə meydan və stadion salınacaq. Bu layihənin köməyi ilə Bolnisi Bələdiyyəsində yaşayan əhalinin yaşayış mühiti və sosial-iqtisadi vəziyyəti yaxşılaşdırılacaq ki, bu, məncə, hər bir Bolnisi vətəndaşı üçün çox vacibdir”, – deyə Bolnisi Bələdiyyəsinin meri Davit Şerazadişvili bildirib.

əlaqəli məqalələr
- Advertisment -spot_img

ən populyar

son şərhlər