HomecəmiyyətBolnisi fəxr edilən nəsil - idman nailiyyətləri və uğurların qiymətləndirilməsi

Bolnisi fəxr edilən nəsil – idman nailiyyətləri və uğurların qiymətləndirilməsi

Bolnisi bələdiyyəsində 2025 -2026-cı illərin uğurlu idmançılarının mükafatlandırılması mərasimi keçirilib. Tədbir başlamazdan əvvəl Bolnisinin fəxri vətəndaşı Laura Durqişvilinin, idmançılar Nini Mamardaşvili və Giorgi Mikaçadzenin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görüşdə nailiyyətləri zəhmətin, məqsədyönlülüyün və idmana sədaqətin nəticəsi olan 150 idmançı iştirak edib. İdmançıların əldə etdikləri nəticələr haqqında danışan bələdiyyə meri Zamur Çitanava və onun birinci müavini Aleksandre Zabaxidze onlara gələcək uğurlar arzulayıblar. Təntənəli şəraitdə müxtəlif nominasiyalar üzrə qaliblər də müəyyən edilib. Həmçinin idman müəssisələrinin mükafatlandırılması mərasimi keçirilib. Bununla da həmin müəssisələrin idmanın inkişafına və gənc nəslin yetişdirilməsinə verdiyi töhfə qeyd olunub. Bolnisi bələdiyyəsinin meri müavinləri və Sakrebulonun sədri ilə birlikdə idmançılara fəxri fərmanlar təqdim edib və onlara uğurlar arzulayıb. Qeyd edək ki, Bolnisi bələdiyyəsi uğurlu idmançıları əldə etdikləri nəticələrə uyğun olaraq pul mükafatları ilə təltif edir, həmçinin onlara təqaüdlər təyin olunur. İdmançıların mükafatlandırılması gənclər arasında idmanın təbliğinə və gələcək qələbələr üçün motivasiyanın artırılmasına xidmət edir.

əlaqəli məqalələr

şərh buraxın

Şərhinizi daxil edin!
Bura adınızı daxil edin

- Advertisment -spot_img

ən populyar

son şərhlər