Keçmiş deputat, Bolnisinin rəmzi və Bolnisi Bələdiyyəsi merinin müşavirə orqanının – Mülki Məsləhət Şurasının sədri Şota Rexviaşvili 75 illik yubileyi münasibətilə Bolnisi Bələdiyyəsinin meri Davit Şerazadişvili birinci müavini Buba Qobejişvili ilə birlikdə Bolnisinin Fəxri Vətəndaşı Mükafatını təqdim edib.
Bolnisi bələdiyyəsinin inkişafındakı xüsusi xidmətlərinə görə Şota Rexviaşvili Fəxri Vətəndaş Mükafatına layiq görülüb.
Şota Rexviaşvili karyerası ərzində həm dövlət, həm də özəl sektorda rəhbər vəzifələrdə çalışıb. 2013-cü ildə Bolnisi Bələdiyyəsinin Sakrebulo üzvü seçilib. Şota Rexviaşvili 2019-cu ildən meriyanın müşavirə orqanı – Mülki Məsləhət Şurasının sədridir.
“75 illik yubileyi ilə əlaqədar Bolnisinin fəxri vətəndaşı mükafatını Bolnisinin rəngi Şota Rexviaşviliyə təqdim etdik. Bələdiyyəmizdə ictimai həyatın inkişafında Şota müəllimin böyük xidmətləri var. O, hələ də fəal vətəndaşdır və Mülki Məsləhət Şurasının sədri vəzifəsini icra edir. Yerli özünüidarəetmə orqanları bələdiyyənin görkəmli vətəndaşlarını daim yüksək qiymətləndirir və Şota müəllimə fəxri vətəndaş mükafatının verilməsi buna əyani sübutdur. Ümid edirəm ki, Şota Rexviaşvili bundan sonra da ictimai fəaliyyətdə fəal olacaq və bununla da yeni nəslimizə nümunə olacaq”, – deyə Bolnisi Bələdiyyəsinin meri Davit Şerazadişvili bildirib.