Bolnisi Bələdiyyəsinin meri Davit Şerazadişvili ənənəvi olaraq hər çərşənbə günü yenidən vətəndaşları qəbul edir.
“Vətəndaşlarla fəal ünsiyyət, onların ehtiyaclarını şəxsən dinləmək çox vacibdir. Covid qaydaları ilə əlaqədar olaraq vətəndaşların qəbulu müvəqqəti məhdudlaşdırılıb, lakin gələn həftədən onlarla yenidən şəxsən görüşmək imkanım olacaq. Vətəndaşlarla ünsiyyət bizə prioritetləri vaxtında müəyyən etməyə və əhalinin maraqlarına uyğun müxtəlif layihələri planlaşdırıb həyata keçirməyə kömək edir”, – Bolnisi Bələdiyyəsinin meri Davit Şerazadişvili bildirib.
Əlaqədar şəxs – Giorgi Avkopaşvili
599 859 861
E-poçt: bolnisimliament@bolnisi.gov.ge