[:en]

Kvemo Bolnisi kəndindən sonra Racisubani kəndində və Bolnisi şəhərində də sərt karantin rejiminin qaldırılması planlaşdırılır. Açılışın dəqiq tarixi təkrar termoskrininq prosesindən sonra məlum olacaq, həkimlər səhər tezdən kənddə işləyir və əhalinin sağlamlıq vəziyyətini yoxlayırlar.

Xatırlatmaq istərdik ki, Bolnisi Bələdiyyəsindəki altı yaşayış məntəqəsi bağlıdır, burada əhalinin dərman və qida ilə təmin edilməsi fəal şəkildə davam edir, və eləcədə  Korona virusun qarşısını almaq üçün məlumatlandırma kampaniyasıda fəal şəkkildə aparılır, 15 minə qədər ehtiyacı olan ailəyə ərzaq paketi verildi, Geta və Potsxveriani kəndlərində kütləvi epidemioloji tədqiqat keçirildi və Muşevani kəndində bioloji nümunələr götürülməsi isə hələ də davam edir.

Yerli və mərkəzi hökumətlər fermerlərin məhsullarını satmaqda problem yaranmaması üçün fəal işləyirlər. Qeyd etmək lazımdır ki, bölgəmizdə əhalinin əsas qazancı kənd təsərrüfatı məhsullarıdır, yaxın günlərdə fermerlər erkən kartof yığımına başlayacaqlar, bu il bələdiyyədən 40 min ton kartof yığılması gözlənilir.

Bu günə qədər Bolnisi bələdiyyəsində COVİD-19-un 150 halı, onlardan 59-u sağalıb, 3-ü isə həyatını dəyişib. Özünü təcridetmədə 85, karantində isə 69 nəfər var.

[:]