Cümə axşamı, Aprel 24, 2025
spot_img
HomeTəhsilBolnisi bələdiyyəsində gənclər forumu keçirilib


Bolnisi bələdiyyəsində gənclər forumu keçirilib

Bolnisinin yeni muzeyində gənclər forumu təşkil olunub. Forumun məqsədi gənclər, yerli özünüidarəetmə orqanlarının üzvləri və vətəndaş cəmiyyəti arasında dialoq məkanının yaradılması olub ki, bu da yerli siyasətin işlənib hazırlanması və həyata keçirilməsi prosesində gənclər üçün vacib məsələlərin nəzərdən keçirilməsinə kömək edəcək. Forumda Kvemo Kartli üzrə dövlət nemayəndəsi Giorgi Doxturişvili, Bolnisi bələdiyyəsinin meri Davit Şerazadişvili, Rustavi bələdiyyəsinin meri Nino Latsabidze və BMT-nin Əhali Fondunun Gürcüstan nümayəndəliyinin rəhbəri Lela Bakradze çıxış ediblər. Forumda Kvemo Kartlidə yaşayan gənclər “Gənclər sosial dəyişikliklər naminə” təşəbbüsü çərçivəsində həyata keçirilən tədbirlərin təqdimatını keçiriblər. Gənclər forumu “Gürcüstanda qadınlara və qızlara edilən zorakılığa qarşı” proqramı tərəfindən təşkil olunub, (EVAWGG) çərçivəsində BMT-nin Əhali Fondu Avropa İttifaqının dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar Təşkilatı (Un women) tərəfindən həyata keçirilir. “Mən şadam ki, Bolnisi bələdiyyəsi bu gün gənclər forumuna ev sahibliyi etdi. Bolnisi bələdiyyəsinin meriyasının bələdiyyədə gənclər siyasətinin işlənib hazırlanması, gənclərin səlahiyyətlərinin artırılması və onların özünüidarəetmənin həyata keçirilməsi prosesinə cəlb edilməsi vacibdir. Bununla bağlı biz bir sıra layihələr həyata keçiririk və gənclərin fəallaşması istiqamətində yerli və beynəlxalq təşkilatlarla əməkdaşlığa hazırıq”, – deyə Bolnisi Bələdiyyəsinin meri Davit Şerazadişvili bildirib.

əlaqəli məqalələr
- Advertisment -spot_img

ən populyar

son şərhlər