Bazar, Aprel 14, 2024
spot_img

Biz bütün beynəlxalq səviyyələrdə Ukraynanı siyasi cəhətdən dəstəkləyirik – İrakli Qaribaşvili

“Biz bütün beynəlxalq səviyyələrdə Ukraynanı siyasi cəhətdən dəstəkləyirik, Ukrayna şəhərlərinə yardım üçün 140 ton humanitar yardım göndərilib və Gürcüstan səfiri heç bir vətəndaşımızın nəzarətsiz qalmaması üçün Ukraynada qalıb”, – bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili hökumət iclasında deyib. Hökumət başçısı qeyd edib ki, Gürcüstan Ukraynaya siyasi dəstəyini davam etdirəcək, həmçinin humanitar yardım göstərməyə davam edəcək.

“Mən söhbətə ukraynalı dostlarımızla bir daha dəstıyimi bildirməklə başlamaq istəyirəm. Təbii ki, Ukraynada baş verənləri izləmək çox çətindir. Hökumətimiz adından bir daha Ukrayna xalqına və Ukraynaya tam həmrəyliyimizi və dəstəyimizi bildirmək istərdim. Biz, əlbəttə ki, Ukraynanı bütün səviyyələrdə dəstəkləyirik, bütün beynəlxalq səviyyələrdə ona siyasi dəstək vermişik və şübhəsiz ki, bundan sonra da dəstəkləyəcəyik. Bu gündən Ukrayna şəhərlərinə kömək məqsədilə Ukraynaya 140 ton humanitar yardım göndərilib və təbii ki, bu proses davam edəcək. Biz Ukraynaya daha çox yardım göndərəcəyik. Səfirliyimiz əlindən gələni edir, bildiyiniz kimi, səfirimiz son günə kimi qaldı, indi də təbii ki, Ukraynadadır, başqa şəhərə köçüb. Kiyevdə idi və bir neçə gün əvvəl Kiyevdən köçüb. Əlbəttə, biz bu prosesə sona qədər nəzarət edəcəyik ki, Ukraynadakı soydaşlarımızdan heç biri diqqət mərkəzindən kənarda qalmasın”, – İrakli Qaribaşvili bildirib.

Baş nazir ümidvar olduğunu bildirib ki, bütün beynəlxalq ictimaiyyət bu müharibənin tez bir zamanda dayandırılması üçün əlindən gələni edəcək.

“Müharibə hamımız üçün qəti şəkildə qəbuledilməzdir. Ukraynada baş verənlər qətiyyən qəbuledilməzdir və biz hamımız dua edirik ki, Ukraynada müharibə mümkün qədər tez bitsin və baş verən faciə ən qısa zamanda bitsin. İnsanlar ölür və bu çox acı bir faktdır. Ümid edirik ki, bütün beynəlxalq ictimaiyyət bu müharibəni mümkün qədər tez bitirmək üçün əlindən gələni edəcək”, – İrakli Qaribaşvili bildirib.

მსგავსი სტატიები
- Advertisment -spot_img

ყველაზე პოპულარული

ბოლო კომენტარები