Kvemo Kartli üzrə dövlət nümayəndəsi Giorgi Doxturişvili regionda fəaliyyət göstərən aptek şəbəkələrinin nümayəndələri ilə Anlaşma Memorandumu imzalayıb-Sənədə əsasən, bu gündən Bolnisi, Qardabani, Dmanisi, Tetritskaro, Marneuli və Tsalka bələdiyyələrinin sosial proqramlarından faydalanan şəxslər üçün dərman vasitələri və digər zəruri texniki vəsaitlər həftənin istənilən günü, endirimli günlərdə mövcud qiymətə veriləcək. Memorandumu Kvemo Kartli üzrə dövlət nümayəndəsi Giorgi Doxturişvili və 6 şirkətin – Aversi-Pharma, PSP Pharma, Pharmadepo, Gefa, Inpexpharm və Kalandadzenin nümayəndələri imzalayıblar. Tədbirdə dövlət nümayəndələrinin müavinləri və rayon bələdiyyələrinin sədrləri iştirak ediblər.
Populyar xəbərlər
Azərbaycanlı həmvətənlərimi milli bayram, Novruz Bayramı münasibətilə təbrik edirəm” – Qoqi...
Bütün Azərbaycanlı həmvətənlərimizin hər birini milli Novruz Bayramı münasibətilə təbrik edirəm.Təəssüflər olsun ki, pandemiya səbəbi ilə artıq ikinci ildir ki, bu bayramı fövqəladə qaydalara...