Yanvarın 1-dən analıq məzuniyyəti zamanı özəl sektorda çalışan işçilərə yardım 1000 laridən 2000 lariyə qədər yüksələcək. Baş nazir İrakli Qaribaşvili hökumət iclasında müvafiq təşəbbüsdən danışıb. “Analıq məzuniyyəti məsələsi kifayət qədər problemli idi. Müzakirə apardım və biz qərara gəldik ki, özəl sektorda çalışan işçilər üçün də analıq məzuniyyəti zamanı yardımı ikiqat artıraq – bu məbləğ yanvarın 1-dən 1000 lari deyil, 2000 lari olacaq. Bundan əvvəl məktəb müəllimləri məsələsində artımı nəzərə almışıq və gələn ildən məktəb müəllimləri analıq məzuniyyətində maaşlarını tam alacaqlar. İndi biz bunu özəl sektorda çalışan işçilər üçün qərara almışıq”, – deyə İrakli Qaribaşvili bildirib.
Populyar xəbərlər
Azərbaycanlı həmvətənlərimi milli bayram, Novruz Bayramı münasibətilə təbrik edirəm” – Qoqi...
Bütün Azərbaycanlı həmvətənlərimizin hər birini milli Novruz Bayramı münasibətilə təbrik edirəm.Təəssüflər olsun ki, pandemiya səbəbi ilə artıq ikinci ildir ki, bu bayramı fövqəladə qaydalara...