Mzia Qaprindaşvili “Gürcüstanın əməkdar müəllimi” adına layiq görülüb

0
10

 Bolnisi bələdiyyəsinin 5 nömrəli dövlət məktəbinin riyaziyyat müəllimi Mzia Qaprindaşvili “Gürcüstanın əməkdar müəllimi” adına layiq görülüb. Mzia Qafrindaşvili 1987-ci ildən dərs deyir və bu müddət ərzində o, bir neçə uğurlu nəsil yetişdirib. O, hələ də tələbələrin inkişafına qayğı göstərir və müxtəlif təhsil layihələrində fəal iştirak edir. Bələdiyyə sədri və majoritar deputat onu əməkdar müəllim adı münasibətilə şəxsən təbrik edib, ona vəsiqə, döş nişanı və rəmzi hədiyyə verib. Bolnisi bələdiyyəsi merinin iş otağında keçirilən görüşdə tədris resurs mərkəzinin rəhbəri və adıçəkilən məktəbin direktoru iştirak edib.

❤️
Əvvəlki məqaləÇapala kənd ümumi məktəbi əsaslı təmir olunur
Növbəti məqaləMüvəffəqiyyətli tələbələrə portativ kompüterlər verilib

BİR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here