Levan Kukçişvilinin sənət qaleriyasında gürcü və azərbaycanlı rəssamların birgə sərgisi təşkil olunub

0
57

Bolnisidə “Levan Kukçişvilinin sənət Marani”nda Qardadabani, Dmanisi və Tiflis rəssamlarının birgə sərgisi təşkil olunub. Səidə Zaxarova-Cayan, Keti Kaviladze, Avtandil Narsavidze, Xatuna Sonğulaşvili və Qəşəm Süleymanov öz yaradıcılıqlatı ilə ictimaiyyətə xatırladacaqlar ki, gürcü və Azərbaycan xalqları ölkənin gələcəyini dostluq münasibətləri ilə birlikdə yaradırlar. Sərgidə kətan üzərində yağlı boya, karton üzərində akril, pastel, akvarel; İnley texnikası və vitraj boyaları ilə hazırlanmış əsərlər təqdim olunub. Bölgələrdə rəssamların yaradıcılığından ibarət sərginin keçirilməsi onların rəsm əsərlərini geniş ictimaiyyətə tanıtmaq məqsədi daşıyır. İctimaiyyət gün ərzində “Art Maran”da təqdim olunan əsərlərə baxa və rəssamlardan müsahibə götürə bilər, Bura gələn qonaqlar iki əsr əvvəl Şvab almanları tərəfindən tikilmiş zirzəmidə gənc şərabçı Levan Kukçişvilinin hazırladığı 2022-ci il şərabları ilə tanış olmaq və dadmaq imkanı əldə edirlər.

Əvvəlki məqaləİyulun 3-dən Dövlət Xidmətlərinin İnkişafı Agentliyi attestatların verilməsinə başlayacaq
Növbəti məqaləSeçici elektron texnologiyalardan istifadə etməklə səsvermə prosesində iştirak edəcək

BİR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here