İmmunlaşdırma ilə bağlı məlumatlılığın artırılması məqsədilə Bolnisi meriyasının konfrans zalında valideynlərin, məktəbəqədər təhsil müəssisələrinin müəllimlərinin və tibb işçilərinin iştirakı ilə məlumat yığıncağı keçirilib. Məlumatlandırma kampaniyası çərçivəsində tədbirdə iştirak edən ictimaiyyətə təqvim uşaq peyvəndinin əhəmiyyəti və ehtiyacı barədə məlumat verilib, nümayəndələr dövlət proqramı çərçivəsində 10-26 yaşlı qızların istifadə edəcəyi papilloma virusuna qarşı peyvəndi xüsusi vurğulayıblar. Görüş BMT-nin Gürcüstan Assosiasiyasının İctimai Səhiyyə Təşkilatı tərəfindən, yerli ictimai səhiyyə mərkəzinin təşkilatçılığı ilə keçirilib.
Populyar xəbərlər
Azərbaycanlı həmvətənlərimi milli bayram, Novruz Bayramı münasibətilə təbrik edirəm” – Qoqi...
Bütün Azərbaycanlı həmvətənlərimizin hər birini milli Novruz Bayramı münasibətilə təbrik edirəm.Təəssüflər olsun ki, pandemiya səbəbi ilə artıq ikinci ildir ki, bu bayramı fövqəladə qaydalara...