Bolnisi bələdiyyəsinin meri Davit Şerazadişvili və “Tbilisi Memarlar və Heykəltəraşlar Assosiasiyası”nın sədri Levan Salukvadze əməkdaşlıq memorandumu imzalayıblar. Memorandum Bolnisi bələdiyyəsində heykəltəraşlıq və memarlığın inkişafına yönəlib. Memorandum çərçivəsində “Tbilisi Memarlar və Heykəltəraşlar Assosiasiyası” bələdiyyəyə abidələrin, memarlıq-bədii kompozisiyaların, digər sənət nümunələrinin bərpa-konservasiyası və tərtibatında köməklik göstərəcək.