Bolnisi Bələdiyyəsinin Meriyasında “İnklüziv və Yaşıl Post-Covid Bərpası üçün Vətəndaş Cəmiyyətinin Gücləndirilməsi” layihəsi çərçivəsində işgüzar görüş keçirilib. İşgüzar görüşdə Bolnisi Bələdiyyəsinin meri Davit Şerazadişvili, müavini Valentina Naveriani, yerli özünüidarəetmə və Qafqaz Ekoloji Qeyri-Hökumət Təşkilatları Şəbəkəsinin (CENN) nümayəndələri iştirak ediblər. Görüşdə tərəflər yeni hazırlanmış “Gənclərin Sosial-İqtisadi Gücləndirilməsi Proqramı – Gənclər, Öz müqəddəratını təyinetmə, Rifah və Məşğulluq” proqramının təfərrüatlarını müzakirə ediblər. Layihə çərçivəsində mütəxəssisləri cəlb etməklə 16-29 yaşlı gənclərin sosial-iqtisadi imkanlarının genişləndirilməsi proqramı işləyib hazırlayan çoxaktorlu işçi qrupu yaradılıb. Layihə Avropa İttifaqının maliyyəsi ilə Qafqazın ekoloji qeyri-hökumət təşkilatları şəbəkəsi tərəfindən həyata keçirilir.
Populyar xəbərlər
Azərbaycanlı həmvətənlərimi milli bayram, Novruz Bayramı münasibətilə təbrik edirəm” – Qoqi...
Bütün Azərbaycanlı həmvətənlərimizin hər birini milli Novruz Bayramı münasibətilə təbrik edirəm.Təəssüflər olsun ki, pandemiya səbəbi ilə artıq ikinci ildir ki, bu bayramı fövqəladə qaydalara...