əməkdaşlıq memorandumu imzalanıb

0
54

 Bu gün Bolnisi Bələdiyyə meriyası ilə Polşanın “Gürcüstanın Həmrəylik Fondu PL” fondu arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum “Yerli Özünüidarəetmə Akademiyasının Fondları” layihəsi çərçivəsində həyata keçirilib və bu layihəyə əsasən, tərəflər qarşılıqlı maraq doğuran məsələlərin həlli üçün birgə fəaliyyət tədbirlərinin işlənib hazırlanması barədə razılığa gəliblər ki, bu fondların və onun davamlı inkişafı sahəsində əməkdaşlığı gücləndirəcək və təşviq edəcək. Sözügedən anlaşma memorandumunun əsas məqsədi yerli problemlərin həlli və bələdiyyənin inkişafı məqsədilə Bolnisi bələdiyyəsinə əlavə vəsaitin tapılmasında ixtisaslı köməklik göstərməkdir. Layihə Polşanın İnkişaf üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Polşa Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilir.

Əvvəlki məqaləBu gün Ramazan ayı ilə əlaqədar Talaveri kəndində iftar təşkil olunub
Növbəti məqaləBolnisidə aprelin 9-da həlak olan qəhrəmanlar anılıb

BİR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here