Cümə axşamı, Dekabr 12, 2024
spot_img

27 Noyabr Covid statistikası necədir

Son 24 saat ərzində 4 058 yeni təsdiqlənmiş virusa yoluxma halı aşkarlanıb. Ölkədə Covid-19 pandemiyasının başlanmasından bu günə qədər təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 835 306-dır.

Müsbət göstəriciyə gəlincə, noyabrın 26-na gündəlik müsbət göstərici 7,59%, son 14 gündə 9,01%, 7 gün ərzində isə 9,03% təşkil edir.

Son 24 saat ərzində 2 157 nəfər virusdan sağalıb, ümumi sağalanlar sayı isə 774 458 nəfərə çatıb.

Son 24 saat ərzində 61 yeni koronavirus ölüm hadisəsi qeydə alınıb. Pandemiyanın yayılmasından bu günə qədər ümumilikdə 11 871 nəfər virusdan dünyasını dəyişib.

Bu gün ölkədə aşkarlanan 4 058 yeni yoluxma hadisəsindən: 1 550-i Tbilisidə, Acarıstanda – 164, İmeretidə – 766, Kvemo Kartlidə – 225, Şida Kartlidə – 354, Quriyada – 137, Sameqrelo – Zemo Svanetidə – 333, Kaxetidə – 257, Mtsxeta- Mtianeti – 105, Samtsxe-Cavaxeti – 139, Raça-Leçxumi və Kvemo Svaneti – 28.

Hazırda aktiv yoluxma halları 48 951 nəfərdir, onlardan 6 515 nəfər xəstəxanalarda, o cümlədən Tbilisi xəstəxanalarımnda – 2 601, Acarıstanda – 519, İmeretidə – 1 394 nəfər müalicə olunur. Bu mərhələdə 1 654 nəfər ağır xəstədir, o cümlədən Tbilisidə – 651, Acarıstanda – 126, İmeretidə – 505. Tbilisidə – 206, Acarıstanda – 40, İmeretidə – 39 olmaqla 371 nəfər süni tənəffüs aparatındadır. Klinik mehmanxanalarda 1 167 nəfər, o cümlədən Tbilisidə – 726, Acarıstanda – 255 nəfər yerləşdirilib. 41 269 nəfər isə virusdan evdə müalicə olunur.

56 nəfər karantin zonalarına yerləşdirilib, onlardan Tbilisidə – 56, Acarıstanda – 0.

Ümumilikdə, 2020-ci il oktyabrın 6-dan noyabrın 26-dək dövlət sərhədindən karantin zonalarına – 25 293 nəfər köçürülüb.

Bu mərhələdə – 42 221 nəfər özünütəcrid vəziyyətindədir.

əlaqəli məqalələr
- Advertisment -spot_img

ən populyar

son şərhlər