[:en]

Mayın 22-də gecə saat 12-dən etibarən Gürcüstan ərazisində fövqəladə vəziyyət və komendant saatı ləğv ediləcək. Gürcüstan Baş nazirinin mətbuat xidmətinin rəhbəri, İrakli Çikovani bununla bağlı açıqlama verib. Fövqəladə vəziyyət rejimi ilə tətbiq edilən məhdudiyyətlərin əksəriyyəti qaldırıldı, lakin bəziləri qüvvədə qalır.

• Mayın 23-dən etibarən qapalı ictimai məkanlarda, o cümlədən ticarət mərkəzlərində ağızlıq taxmaq və sosial məsafəni saxlamaq qüvvədə qalacaq.

• Bolnisi bələdiyyəsində karantin rejimi ləğv edilir və yalnız bələdiyyənin iki kəndi, Muşavani (Dəllər) və Geta (Aşağı Güləver) karantin zonaları olaraq qalır.

• Tetritskaro (Ağbulaq) bələdiyyəsi də karantin zonası olaraq qalır.

• Avtomobillərdə 3 nəfərdən artıq insanın hərəkətinə qoyulmuş qadağada götürülür. Qeyd olunmuş qadağa sadəcə taksilər üçün qüvvədə qalır. Bütün taksi sürücüləri ağızlıq istifadə etməyə məcburdular.

• 70 yaş və üzəri şəxslərin evdən çıxmasına qoyulan məhdudiyyətlər də ləğv edilir, lakin hökumət 70 yaşdan yuxarı insanların yüksək risk qrupuna daxil olduqları üçün, zəruri olmadığı hallarda evdən çıxmamağı tövsiyə edir.

• Məhdudiyyətlər restoranlarda, bar və ya kafelərin müştəri xidmətlərinədə  tətbiq olunur.

• Otel xidmətlərində , karantin zonaları istisna olmaqla məhdudiyyətlər davam edir.

• Onlayn alış-veriş istisna olmaqla geyim və ayaqqabı ticarət mərkəzlərində də bir müddət məhdudiyyətlər davam edəcək.

• Aqrar bazarlar istisna olmaqla, ticarət mərkəzlərinin və bazarların fəaliyyəti məhdud olaraq qalır.

• Müxtəlif idman və mədəniyyət  tədbirlərinin keçirilməsi qadağasıda qüvvədə qalır.

 • Dövlət xidmətlərinin bir hissəsi, bir müddət daha uzaqdan həyata keçiriləcək.
• Fəaliyyətini davam etdirən bütün sahibkarlıq subyektlərindən Gürcüstan Səhiyyə Nazirliyi tərəfindən qoyulmuş tələblərə əməl edilməsi tələb olunur.

• İctimai nəqliyyatda, o cümlədən uzun məsafəli ictimai nəqliyyatda məhdudiyyətlər qüvvədə qalır.

• İyunun 15-dən etibarən daxili turizmə qoyulan bütün məhdudiyyətlər qaldırılacaq.

• İyulun 1-dən Gürcüstan müvafiq protokollara əsasən beynəlxalq turistləri qəbul etmək niyyətindədir.

[:]