Bolnisi şəhərinin və ətraf kəndlərin: Təndzia, İtsriyə, Ratevan şəhərinin “Karabulaxı” baş binasının su təchizatı sisteminin layihələndirilməsi və tikintisinə başlanmışdır. Aparılan işlər layihə çərçivəsində nəzərdə tutulan magistral borunun bərpası, polietilen boruların yerləşdirilməsi, dəmir-beton anbarının, nasos stansiyasının və müvafiq infrastrukturun abadlaşdırılmasını nəzərdə tutur. Qeyd olunan işlər 2023-cü ilin yayın sonunda başa çatdırılacaq və dövlət büdcəsindən 6 milyon laridən çox vəsait maliyyələşdiriləcək. Gürcüstan Birləşmiş Su Təchizatı Şirkətinin məlumatına görə, layihə başa çatdıqdan sonra adıçəkilən kəndlər və şəhər su təchizatının yaxşılaşdırılmasından faydalanacaq.