[:en]

Bolnisi bələdiyyəsinin Muşaveni kəndi hələ də qırmızı zona olaraq qalmaqdadır, kənd aprelin 25-dən etibarən bağlanılıb və sərt karantin zonası olaraq elan edilib, bundan sonra burada bir sıra sosial, xeyriyyə və ya məlumatlandırma aksiyaları keçirilib. Bu gün isə daha bir sosial aksiya həyata keçirildi. Kənddə yaşayan hər ailəyə qida paketləri verildi, qida paketlərinin paylama prosesində Bolnisinin majoritar debutatı, yerli özünüidarəetmə nümayəndələri ilə birlikdə iştirak edib. Əhali ilə söhbət edib və onların ehtiyacları ilə yerindəcə tanış oldu. Qeyd etmək lazımdır ki, qapalı zonada rəhbərlərlik və əhali arasında əlaqə aktiv şəkildə davam edir.

Xatırlatmaq istərdik ki, Müşavani kəndində təsdiqlənmiş 79 koronavirus hadisəsi aşkar edilmişdir. Epidemioloqlar, epidemioloji vəziyyəti nəzərə alaraq, ayın sonuna qədər kəndin açılması ehtimalı ilə fəal işləməyə davam edirlər.

[:]