[:en]

Yeni koronavirusun yayılmasının qarşısını almaq üçün Marneuli və Bolnisi bələdiyyələrində görüləcək karantin tədbirləri haqqında qətnaməyə dəyişiklik edilib. Mayın 18-də Marneulidə sərt karantin rejimi ləğv edildiyi üçün hökumət, Bolnisi bələdiyyəsində görüləcək karantin tədbirləri haqqında qətnamə qəbul edib, yeni qəbul edilmiş qətnamə mayın 18-də qüvvəyə minəcək. Qətnaməyə əsasənə, ictimai təhlükəsizliyi təmin etmək, əhalinin həyatı və sağlamlığı üçün gozlənilən təhlükələri azaltmaq üçün, Bolnisi Bələdiyyəsinin ərazisində bütün növ giriş-çıxış fövqəladə vəziyyət boyunca qadağan olunur.

Qətnaməyə əsasən aşagdakı qadağalar nəzərdə tutulur:

Bolnisi Bələdiyyəsinin ərazisinə giriş qadağan olunur (bu məhdudiyyət Bolnisi bələdiyyəsində qeydiyyata alınan / faktiki olaraq orada yaşayan şəxslərə şamil edilmir);

Bolnisi Bələdiyyəsinin ərazisindən çıxış qadağan edilir; Bolnisi Bələdiyyəsi ərazisində hərəkət qadağası.

Bolnisi Bələdiyyəsi ərazisində yerdəyişmə qadağan olunur.

(Bu məhdudiyyət tibbi xidmətdən yararlanmaq eləcədə qida və əczaçılıq məhsullarının alınması məqsədi ilə yerdəyişməyə şamil olunur).

Bolnisi Bələdiyyəsi ərazisində ictimai nəqliyyatla yerdəyişmə  qadağan olunur.

Qətnamədə bildirilir ki, nəqliyyat vasitələrinin girişi / çıxışı / hərəkəti Gürcüstan Daxili İşlər Nazirliyinin qərarı ilə həyata keçiriləcək.

Qətnaməyə  əsasən, iqtisadi fəaliyyət, istənilən mal / məhsul tədarükü / satışı, dayandırılacaq. Buna aşağıdakılar şamil olunmur.

Tibb müəssisəsinin fəaliyyəti; Dərman məhsullarının, əczaçılıq məhsullarının satışı; Qida/ heyvan yemi, heyvan və bitkiçilik məhsulları, məişət kimyası və gigiyena, baytarlıq dərmanları və aqrokimyəvi maddələr, toxum və əkin materiallarının pərakəndə satışına icazə veriləcək;

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirlikləri, Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi və Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən siyashısı və fəaliyyət qaydası müəyyənləşdirilən bələdiyyə ərazisindəki mövcud sahibkarlıq subyektləri; Kənd təsərrüfatı fəaliyyəti və heyvandarlıq / quşçuluq fəaliyyəti; Elektrikli rabitə, elektrik enerjisi, təbii qaz, su, benzin, dizel, maye qaz təchizatı;

Bankomatların davamlı işləməsi üçün tələb olunan fəaliyyətlər şərait yaradacaq.

Hərəkətlə bağlı təyin olunmuş məhdudiyyətlər, Bolnisi Bələdiyyəsinin ərazisinə bu Qətnamədə nəzərdə tutulmuş karantin tədbirlərinin maneəsiz həyata keçirilməsi məqsədi ilə gedən şəxslərə şamil olunmur.
Daxili İşlər Nazirliyi və Gürcüstanın İşğal olunmuş ərazilərindən, Məcburi Köçkünlərin işi üzrə, Əmək, Səhiyyə və Sosial müdafiəsi Nazirliyi, bu şəxslərin hərəkətini tənzimləyir.

İcazə verilən bütün fəaliyyətlər Gürcüstanın İşğal Olunan ərazilərindən, Əmək, Səhiyyə və Sosial Məsələlər üzrə Məcburi Köçkünlər Nazirliyinin verdiyi tövsiyələrə uyğun aparılmalıdır.

Göstərilən qətnamədə nəzərdə tutulmuş tədbirlər, Gürcüstanın Qaçqınlar, Əmək, Səhiyyə və Sosial İşlər nazirlikləri, Gürcüstan Daxili İşlər Nazirliyi, Gürcüstan Maliyyə Nazirliyi, Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi, Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti və onların sistemindəki qurumlar, həmçinin Bolnisi Bələdiyyəsinin yerli özünüidarəetmə orqanları və Gürcüstan Müdafiə Nazirliyi köməkçi funksiyanı yerinə yetirməsiylə həyata keçiriləcəkdir.

Qeyd edək ki, qətnamə 2020-ci ilin mayın 18-dən qüvvəyə minəcək.

[:]