[:en]

“Gənclər Şurası”, Gənclər Agentliyinin və Gürcüstan Qırmızı Xaç Cəmiyyətinin dəstəyi ilə yenilənmiş heyəti, motivasiyalı və aktiv gənclərlə yenidən fəaliyyətə başladı. Şuranın məqsədi gəncləri yerli bələdiyyə fəaliyyətlərinin həyata keçirilməsi və qərar qəbuletmə prosesinə cəlb etməkdir. Şuranın üzvlər, digər funksiyalar arasında, gənclərin qərar qəbuletmə prosesinə cəlb olunmasını təmin etməli, maarifləndirməli və bələdiyyədə davam edən fəaliyyətlər və layihələr haqqında məlumat verməlidirlər. “Gənclər Şurası” artıq 28 üzvdən ibarət olub, bundan sonra sədr seçiləcək və iş planı yazılacaq.

Gəncləri qərar qəbul etmə prosesinə cəlb etmək üçün Gənclər Şurası 2019-cu ildən etibarən Bolnisi Bələdiyyəsinin nəzdində Təhsil və Gənclər İşləri Şöbəsi ilə razılaşdırılaraq fəaliyyət göstərir.

[:]