[:en]

Bolnisi Bələdiyyəsində koronavirus hadisələrini vaxtında aşkar etmək üçün bu gün Talaveri kəndindən sürətli antigen testləri ilə əhalinin müayinəsi başladı.

Bolnisi Xalq Sağlamlığı Mərkəzinin işçiləri yalnız COVID-19 simptomları olan vətəndaşlar üçün testlər keçirirlər.

Sürətli antigen testləri Bələdiyyənin kəndlərində və kiçik Tamaris qəsəbəsində Xalq Sağlamlığı Mərkəzinin mobil qrupları tərəfindən mərhələlərlə həyata keçiriləcəkdir.

Qeyd etmək lazımdır ki, Bolnisi şəhərində sürətli test Xalq Sağlamlığı Mərkəzində və Mərkəzi Xəstəxanada hər gün mümkündür. Kazretidə isə həkimlər əhali üçün testlər yerli poliklinikadakı qəbul məntəqəsində aparırlar.

Mütəxəssislər, vətəndaşların burnundan və boğazından bioloji material alır və qısa müddət ərzində sürətli testlər yoluyla koronavirus olub-olmadıqlarını aşkar edirlər. Test əhali üçün tamamilə pulsuzdur.

[:]