Cümə axşamı, Mart 28, 2024
spot_img
HomeCəmiyyət"Bələdiyyəmizdə təsdiqlənmiş halların sayı azalır, bu da ümid verici və sevindiricidir" -...

“Bələdiyyəmizdə təsdiqlənmiş halların sayı azalır, bu da ümid verici və sevindiricidir” – Davit Sherazadishvili karantinin 50-ci gününü qiymətləndirdi.

[:en]

Bolnisi Bələdiyyəsində yaşayan əhali 50 gündür ki,karantin  şəraitində yaşayırlar. Bolnisi bələdiyyəsində, kornavirus bu günə qədər 121 nəfərdə qeydə alındıb. Bunlardan 32-si sağaldı, üçü dünyasını dəyişdi. 145 nəfər özünü təcridetmədə, 977 nəfər isə karantindədir.

Bolnisi Bələdiyyəsi və Xalq Sağlamlığı Mərkəzinin qərarına əsasən, nəzarət edilən epidemioloji vəziyyətə görə Kvemo Bolnisi kəndindəki sərt karantin vəziyyəti bir neçə gündür ki davam etmir,ancaq Bolnisi bələdiyyəsi hələ də qırmızı zona olaraq qalır.Bağlıdır:Bolnisi,Kazreti,Raçisubani,balici,Xatisopeli,Muşaveni və Savaneti. Davit Sherazadishvilinin sözlərinə görə, təsdiqlənmiş koronavirus hallarının sayı əhəmiyyətli dərəcədə azaldığından, qeyd olunan ərazilər mütəxəssislərlə məsləhətləşmədən qısa müddət sonra açılacaqdır.

“Xoşbəxtlikdən, bələdiyyəmizdə təsdiqlənmiş halların sayı azalmaqdadır. Bu, ümid verici və sevindirici haldır. Karantin qaydalarına ciddi əməl olunarsa, Bolnisidəki bir sıra məhdudiyyətləri vaxtında aradan qaldırmağa imkan verər.

Qeyd etmək lazımdır ki, yaxın günlərdə Bolnisi Bələdiyyəsində bir neçə qəbul məntəqəsi yaradılacaq, Koronavirus üzərində risk qrupundakı vətəndaşların kütləvi şəkildə yoxlanılacağı. Bu prosesin Müşavani kəndindən başlayacağı bildirilir. Diqqətəlayiq haldır ki, epidemioloqlarımız bioloji nümunələrin götürüldüyü Geta kəndində də fəal işləyirlər.

Köməyə ehtiyac duyan təbəqəyə kömək etməyə aktiv şəkildə davam edirik. Bu günə qədər Bələdiyyə tərəfindən satın alınan və fərdi şəxslər tərəfindən bağışlanılan 14 837 qida paketi paylanıldı. Bu proses  davam edəcək və bələdiyyə mütləq bütün faydalananlara yenidən qida ilə kömək edəcəkdir.

Bələdiyyəmizdə artıq infrastruktur layihələri yeniləndi. Bələdiyyənin müvafiq xidmətləri obyektlərə fəal nəzarət edir ki, infrastruktur işləri zamanı Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş bütün təhlükəsizlik qaydalarına əməl olunsun. Bələdiyyəmizdə kənd təsərrüfatı torpaqlarının becərilməsidə fəal şəkildə davam edir. Fermerlərimiz kənd təsərrüfatı işlərini təxirə salmadan həyata keçirirlər.

Bolnisi bələdiyyəsində qalmış vətəndaşların mərhələ-mərhələ köçürülməsi fəal şəkildə davam edir, hansılar ki, bələdiyyəmizdə qeydiyyatda deyillər və bələdiyyənin sərt karantin zonası elan edilməsindən sonra buradan çıxa bilməyiblər.Vətəndaşların bələdiyyədən köçürülməsi xüsusi ayrılmış avtobus və karantində nəzərdə tutulmuş bütün qaydalara uyğun həyata keçirilir. Bolnisi bələdiyyəsindən ayrılan şəxslər məcburi karantin zonasına keçəcəklər. Bu vaxta qədər ümumi 394 vətəndaş bələdiyyənin ərazisini tərk etmişdi.

Bolnisi Bələdiyyəsində 24 saatlıq qaynar xətt fəaliyyət göstərir  və bununla vətəndaşlarımıza müvafiq məlumatlar veririk və müxtəlif xidmətlərlə onların problemlərinə vaxtında cavab veririk. Bələdiyyədə fövqəladə vəziyyət səbəbindən sosial vəziyyəti pisləşən şəxslər üçün də baza yaradılması davam edir. Koronavirusun simptomları, ondan qorunmanın və karantin qaydaları, haqqında məlumatlandırma kompanyasını aktiv şəkildə davam etdiririk. Etnik azlıqların yaşadığı kəndlərdə məlumatların verilməsi iki dildə, azərbaycan və erməni dillərində aparılır.

Ümid edirəm ki, Bolnisi Bələdiyyəsindəki karantin rejimi tezliklə ləğv ediləcək, ancaq hər birimiz bu hədəfin uğurla həyata keçirilməsinə öz töhfəmizi verməli, bütün qaydalara, tövsiyələrə əməl etməli və özümüzün və bir-birimizin sağlamlığına diqqət etməliyik! “,Bu barədə Bolnisi bələdiyyəsinin meri Davit Sherazadishvili bildirib.

[:]
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments