Təhsil haqqını ödəyə bilmədiyinə görə statusu dayandırılan tələbələrin borcları silinəcək, – bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili hökumətin bugünkü iclasında bildirib. Qaribaşvilinin qeyd etdiyi kimi, 30 minə yaxın tələbənin 40 milyon lari borcu var. “Tələbələrin öyrənməsi – təhsili bizim üçün və hər kəs üçün vacibdir. Hər kəs üçün narahat edən bir problemə toxunmaq istəyirəm. Bu, təhsili dayandırılmış tələbələrlə bağlı məsələdir. Bu barədə soruşdum və təhsil nazirindən ətraflı məlumat aldım. Təxminən 30 minə qədər tələbənin statusu təhsil haqqı borcuna görə dayandırılıb. Ona görə də mənim qərarımla təhsil haqqı borcuna görə statusu dayandırılmış bütün bu tələbələrin borcları bağışlanacaq və istədikləri təqdirdə statuslarını bərpa edib, müvafiq universitetlərdə təhsillərini davam etdirə biləcəklər. Bu, təxminən 40 milyon lari borcdur”, – Qaribaşvili bildirib.
Populyar xəbərlər
Azərbaycanlı həmvətənlərimi milli bayram, Novruz Bayramı münasibətilə təbrik edirəm” – Qoqi...
Bütün Azərbaycanlı həmvətənlərimizin hər birini milli Novruz Bayramı münasibətilə təbrik edirəm.Təəssüflər olsun ki, pandemiya səbəbi ilə artıq ikinci ildir ki, bu bayramı fövqəladə qaydalara...