Sakrebulonun üzvlərinin əhali ilə görüşü

0
53

 Bolnisi Bələdiyyə Şurasının sədri Tamaz Jorjolyan “Gürcü arzusu – Demokratik Gürcüstan” fraksiyasının sədri Davit Caparidze və şuranın üzvləri – Nona Kavelaşvili, Nona Rexviaşvili, Feride Tvildiani, Beka Tsakadze, Fuad Məmmədov və Rəsul Bəxtiyarovla birgə Naxiduri və Tsurtavi kəndlərində sakinləri ilə görüşüb. Sual-cavab şəraitində keçən görüşdə əhalini narahat edən məsələlər diqqətə çatdırılıb. Sualların əksərini Naxiduri icmasının deputatı Vüqar İsayev cavablandırıb. Naxiduri və Tsurtavi kəndlərində bir neçə məsələyə diqqət yetirilib. Naxiduridə sakinlər daxili yolun asfaltlanmasını və məktəbin həyətinin asfaltlanmasını tələb ediblər. Tsurtavidə daxili suvarma kanalının bir neçə hissəsinin təmizlənməsi. Qeyd edək ki, iclaslar Bolnisi Bələdiyyə Şurasının əsasnaməsinin şura üzvlərinin seçicilərlə görüşlərini nəzərdə tutan 129-cu maddəsinə uyğun olaraq keçirilir.

 

Əvvəlki məqaləGiorgi Doxturişvili Gürcüstanın inzibati xətaları və aprelin 1-dən qüvvəyə minəcək “Gürcüstanın ərazi planlaşdırılması, memarlıq və tikinti fəaliyyəti” məcəllələrində dəyişikliklərin həyata keçirilməsi ilə bağlı rayon bələdiyyələrinin merləri ilə işgüzar görüş keçirib.
Növbəti məqaləBolnisidə yeni layihənin təqdimatı

BİR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here