Səhiyyə naziri istefa verib

0
58

Səhiyyə naziri Yekaterine Tikaradze istefa verib. O, bu barədə “Gürcü arzusu”nun ofisində keçirilən xüsusi brifinqdə danışıb. O, Səhiyyə Nazirliyinin əməkdaşlarına və kollektivinə təşəkkür edib və onların koronavirusun qarşısının alınması istiqamətində mühüm addımlar atdıqlarını qeyd edib. Tikaradzenin sözlərinə görə, o, “Gürcü arzusu”nun siyasi şurasında fəaliyyətini davam etdirəcək: “Biz Gürcüstanın səhiyyə və sosial müdafiə sistemlərini qurmaq və gücləndirmək qərarına gəldik”, – Tikaradze bildirib.

Əvvəlki məqaləBolnisidə peyvəndlə bağlı məlumatlandırıcı görüş keçirlib
Növbəti məqaləBolnisidəki üç məktəb bütün Gürcüstan üzrə seçilmiş 30 məktəb arasında yer alıb