Naxiduri və Talaver kəndlərində “Bir-birimiz üçün peyvənd olaq” kampaniyası həyata keçirilib

0
75

“Bir-biriniz üçün peyvənd olaq” – Kampaniya çərçivəsində Bolnisi Bələdiyyəsinin Naxiduri və Talaver kəndlərində ictimai səhiyyə eksperti Zura Alxanişvilinin sədrliyi ilə məlumatlandırma toplantısı keçirilib və o, iştirakçıların peyvəndlə bağlı suallarını cavablandırıb. “Bir-biriniz üçün peyvənd olaq” kampaniyası xalq sağlamlığı Təşkilatının Gürcüstan Assosiasiyası tərəfindən Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi ilə əməkdaşlıq, Ümumdünya Səhiyyə Təşkilatı və Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilir. Kampaniyanın məqsədi əhalini peyvəndlə bağlı aktual və maraqlı suallarını düzgün cavablandırmaqdır. Naxiduri kəndində məlumatlandırma görüşü keçirilib, Talaveridə isə könüllü peyvənd olunmaq istəyən əhali peyvənd edilib.

Əvvəlki məqaləDmanisidə “Martves” xalq xoreoqrafik ansamblının açıq səma altında solo konserti keçirilib
Növbəti məqaləRayon administrasiyasında otlaqlara əlçatanlığın dövlət islahatları müzakirə olunub