Məzuniyyətiniz mübarək, sizə xoşbəxt və firavan gələcək arzulayıram! – David Şerazadişvili

0
160

Bolnisi Bələdiyyəsinin meri Davit Şerazadişvili 12-ci sinif şagirdlərini məzun olmaları münasibətilə təbrik edir.

“Bu gün Bolnisi Bələdiyyəsində fəaliyyət göstərən məktəblərin 12-ci sinif şagirdləri üçün xüsusi gündür, çünki məktəblərdə son zəng çalınıb. Bu gündən yeni həyatın, yeni təcrübələrlə dolu yeni mərhələsinə başlayırsınız. Sizə arzularınızı gerçəkləşdirməyi ürəkdən arzulayıram və inanıram ki, yorulmaz zəhmət və bilik susuzluğu ilə qarşıya qoyduğunuz məqsədlərə mütləq çatacaqsınız. Sizi məktəbi bitirməyiniz münasibətilə bir daha təbrik edir, sizə xoşbəxt və parlaq gələcək arzulayıram!”, – Davit Şerazadişvili bildirib.

Əvvəlki məqaləŞagirdlər şahmatı birinci sinifdə məcburi fənn kimi öyrənəcəklər
Növbəti məqaləHər bir müsəlman vətəndaşı Qurban Bayramı münasibəti ilə təbrik edirəm – Davit Şerazadişvili