Onkoloji xəstələrin tam dəyərli müalicəyə çıxış imkanlarını artırmaq üçün universal səhiyyə dövlət proqramında əhəmiyyətli dəyişikliklər edilmişdir. Ölkə üzrə bütün onkoloji xəstələr üçün hormon terapiyası, kimyaterapiya, şüa terapiyası və dərman preparatları maliyyələşdiriləcək. Onların arasında illik gəliri 40.000 laridən çox olan xəstələr də var. Dəyişiklikdən əvvəl bu xidmətlər maliyyələşdirilmirdi. Xəbər sığortalı veteranlara da təsir edəcək. Sözügedən qərara əsasən, universal səhiyyə proqramı çərçivəsində onkoloji xəstəliklərin müalicəsi gəlirindən asılı olmayaraq hər bir benefisiar üçün bərabər əlçatan olacaq.
Populyar xəbərlər
Azərbaycanlı həmvətənlərimi milli bayram, Novruz Bayramı münasibətilə təbrik edirəm” – Qoqi...
Bütün Azərbaycanlı həmvətənlərimizin hər birini milli Novruz Bayramı münasibətilə təbrik edirəm.Təəssüflər olsun ki, pandemiya səbəbi ilə artıq ikinci ildir ki, bu bayramı fövqəladə qaydalara...