İşgüzar iclasda gündəliyə daxil edilmiş məsələlər müzakirə olunub. “Enerqo-Pro Georgia”nın Kvemo Kartli regionunun meneceri görüş iştirakçılarına şirkətin fəaliyyəti və bələdiyyələrdəki vəziyyət haqqında ətraflı məlumat verib. Görüş çərçivəsində hər bir bələdiyyədə mövcud olan problemli məsələlər də müzakirə olunub, qarşıda duran vəzifələrin həlli yolları təklif olunub. Giorgi Doxturişvilinin qeyd etdiyi kimi, Dövlət Qəyyumunun administrasiyası təbii fəlakətlər nəticəsində zədələnmiş infrastrukturun bərpası üçün zəruri tədbirlərin planlaşdırılması və həyata keçirilməsində bələdiyyələrlə birgə fəal işləyir. İclasda region bələdiyyələrinin merləri ilə birlikdə Kvemo Kartli üzrə dövlət müvəkkilinin birinci müavini Giorgi Şinjikaşvili və müvəkkilinin müavini İlia Jalaganiya iştirak ediblər.
Populyar xəbərlər
Azərbaycanlı həmvətənlərimi milli bayram, Novruz Bayramı münasibətilə təbrik edirəm” – Qoqi...
Bütün Azərbaycanlı həmvətənlərimizin hər birini milli Novruz Bayramı münasibətilə təbrik edirəm.Təəssüflər olsun ki, pandemiya səbəbi ilə artıq ikinci ildir ki, bu bayramı fövqəladə qaydalara...