Fiziki məhdudiyyəti olan şəxslərin məsələləri üzrə Şuranın iclası keçirilib

0
41

Bu gün Bolnisi bələdiyyəsinin meriyasının böyük zalında giziki məhdudiyyəti olan şəxslərin problemləri ilə məşğul olan şura təqdimat keçirib. Təqdimatda Bolnisi bələdiyyəsi merinin müavini Valentina Naveryanın, təhsil, mədəniyyət və idman xidmətinin rəhbəri Koba Jğenti, şəhər şurasının əməkdaşları, sosial və səhiyyə xidmətinin rəhbəri İrodi Uqrexelidze, qeyri-hökumət sektorunun nümayəndələri və məhdud imkanlə şəxslərin ailə üzvləri iştirak ediblər. 2015-ci ildən Bolnisi bələdiyyəsində fiziki məhdudiyyəti olan şəxslərin problemlərini inkişaf etdirmək üçün, onların hüquqlarını daim müdafiə edən, ləyaqətli birgə yaşayışını təşviq edən, onlar üçün müvafiq inklüziv mühitin yaradılması üçün təkliflər hazırlayan, bu şəxslərin hüquqlarının müdafiəsi və bərabər imkanların təmin edilməsi üçün qeyri-dövlət və dövlət sektorları ilə əməkdaşlıq edən “Bolnisi Bələdiyyəsi ərazisində Bələdiyyə sədrinin Müşavirə orqanı – Məhdudiyyəti olan şəxslərin məsələləri üzrə Şura” yaradılmışdır.

Əvvəlki məqaləHəkim və tibb bacılarının minimum saatlıq əmək haqqının elektron portalı yaradılıb
Növbəti məqaləİcazəsiz xarici ticarətə görə inzibati məsuliyyət sərtləşdirilə bilər

BİR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here