Çapala kəndində məktəb layihəsinin yekun tədbiri keçirilib

0
59

Məktəb layihəsi çərçivəsində bu gün Çapala kənd açıq məktəbində etnik azərbaycanlı və erməni şagirdlərin iştirak etdiyi “Gürcüstan bizim evimizdir” adlı yekun tədbir keçirilib.Tədbir çərçivəsində “Təhsilin Davamlı İnkişafı” layihəsi formatında Bolnisi və Savaneti kəndlərində şagirdlər müəllimlərlə birlikdə dostluq rəmzi olaraq ağaclar əkiblər. Çapala kəndinin “Mən səni tanımaq istəyirəm” məktəb layihəsi 6 aydır ki, həyata keçirilir və məqsədi məktəblər arasında dostluq, mehriban münasibəti və gürcü dilini təbliğ etməkdir. Tədbirdə Bolnisi bələdiyyəsinin meri Davit Şerazadişvili də iştirak edib.

Əvvəlki məqaləGürcüstan parlamentinin Maliyyə və büdcə komitəsi sədrinin birinci müavini
Növbəti məqaləBolnisi teatrında “Gürcüstan” tamaşasının premyerası olub

BİR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here