Bolnisi Bələdiyyəsinin inzibati binasında hüquqi yardım xidməti məsləhət mərkəzinin təntənəli açılışı olmuşdur. Lenti Hüquqi Yardım Xidmətinin direktoru Davit Simonia və Bolnisi Bələdiyyəsi merinin müavini Valentina Naverian kəsib. Mərkəzin açılışından sonra xidmət rəisi özünüidarəetmə orqanının nümayəndələri, Meriya və Sakrebulonun üzvləri üçün kiçik təqdimat keçirib, toplaşan ictimaiyyətə pulsuz hüquqi yardım sistemi və Hüquqi Yardım Xidmətinin xidmətlərindən danışıb. Hüquqi yardım xidməti 2007-ci ildən fəaliyyət göstərir və ölkə miqyasında qırx üçüncü pulsuz məsləhət mərkəzi açmışdır ki, bu da vətəndaşlara yerindəcə pulsuz hüquqi məsləhətdən yararlanmaq imkanı verir.
Populyar xəbərlər
Azərbaycanlı həmvətənlərimi milli bayram, Novruz Bayramı münasibətilə təbrik edirəm” – Qoqi...
Bütün Azərbaycanlı həmvətənlərimizin hər birini milli Novruz Bayramı münasibətilə təbrik edirəm.Təəssüflər olsun ki, pandemiya səbəbi ilə artıq ikinci ildir ki, bu bayramı fövqəladə qaydalara...