Bolnisi teatrında “Gürcüstan” tamaşasının premyerası olub

0
43

Bolnisi Mədəniyyət Evinin səhnəsində iki teatrın əməkdaşlığı uğurla keçdi. Bolnisi Mədəniyyət Evinin yanındakı Kukla Teatrı və Bolnisi Xalq Teatrı tamaşaçılar qarşısında premyerasını keçirərək “Gürcüstan” stolüstü kukla tamaşasını təqdim edib. Premyerada Bolnisi bələdiyyəsinin meri Davit Şerazadişvili də iştirak edib. Tamaşanın yaradılması təşəbbüsü rejissor Laşa Nozadzeyə məxsusdur, onun dəvəti və səyi ilə bir neçə aylıq işdən sonra rejissor Nikoloz Sabaşvili Bolnisidən tamaşaçıları öz pyesi və tərcüməsi ilə zamana səyahətə çıxarıb. Bu gün və gələcək haqqında düşündürüb. Bu, hər kəsin görməli olduğu bir ailə tamaşasıdır. Laşa Nozadzenin dediyi kimi, onların qurduqları ideya kukla və dramatik teatrın sintezi idi, tamaşa tamaşaçılarda böyük təəssürat yaratdı. Bolnisili tamaşaçılar tamaşaya mayın 12, 16 və 17-də baxa biləcəklər

Əvvəlki məqaləÇapala kəndində məktəb layihəsinin yekun tədbiri keçirilib
Növbəti məqaləBir gün Bolnisi Bələdiyyəsinin meriyasında

BİR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here