Bolnisi Mədəniyyət Mərkəzi gənclər üçün məlumat seminarı keçirib

0
108

Ümumdünya İrs Günü münasibətilə Bolnisi Mədəniyyət Mərkəzi, Mədəni İrs və Abidələrin Mühafizəsi İdarəsinin təşəbbüsü ilə mühazirə-seminar formatında gənclərlə ictimai görüş keçirilib.

Mədəniyyət Mərkəzinin konfrans zalında Tbilisi Dövlət Universitetinin Etnologiya-Antropologiya İnstitutunun professorları “Ənənəvi gürcü mənəvi mədəniyyəti – milli mədəni irs tarixindən” və “Gürcüstanda Alman mədəni irsinin tarixi və metodologiyası” mövzularında çıxış ediblər.

18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür. Bu gün 1984-cü ildə YUNESKO və İCOMOS-un (Beynəlxalq Abidələr və Tarixi Yerlər Şurası) qərarı ilə təsis edilib və bütün dünyada qeyd olunur. Bu günün məqsədi mədəni irsin müxtəlifliyi haqqında ictimaiyyəti məlumatlandırmaqdır.

Əvvəlki məqaləMartın 28-dən hansı məhdudiyyətlər ləğv edilir
Növbəti məqaləQoqi Meşveliani Darbazi kəndində gürcü dilinin tədrisi prosesində iştirak edib