Bolnisi Bələdiyyəsinin meri əhalinin təşəbbüsü ilə Təndzia və Xatisofel kəndlərində ümumi yığıncağı keçirib

0
26

Bolnisi bələdiyyəsinin meri Davit Şerazadişvili yerli özünüidarəetmə orqanlarının nümayəndələri ilə birlikdə əhalinin təşəbbüsü ilə Tandzia və Xatisofel kəndlərində ümumi yığıncağı keçirib. Görüşdə kəndlərdə olan ehtiyaclar müzakirə edilib, bir sıra məsələlər arasında prioritet istiqamətlər müəyyən edilib. Səs çoxluğu ilə Təndziyyədə mövcud kanalizasiya şəbəkəsi, Xatisofel kəndində isə içməli su şəbəkəsi bərpa olunacaq. Qeyd edək ki, yığıncaqda qaldırılan digər məsələlər də Bolnisi Bələdiyyəsinin sədrinin qərarı ilə kəndlərdə mərhələli şəkildə öz həllini tapacaq. Qəsəbənin ümumi yığıncağı vətəndaşların yerli özünüidarənin həyata keçirilməsinə cəlb edilməsi formalarından biridir və o, kənd yerlərində yaşayan əhalinin təşəbbüsü ilə keçirilir.

Əvvəlki məqaləBolnisi bələdiyyəsində uşaq hadisələrinin idarə edilməsinin koordinasiya mexanizmi ilə bağlı işgüzar görüş keçirilib
Növbəti məqaləBolnisidə “Şərab Festivalı 2023” keçirilib

BİR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here