Milli Meşə Təsərrüfatı Agentliyinin rəhbəri Kaxa Tsertsvadze Bolnisi bələdiyyəsinin “biznes həyəti”ndə aparılan işlərlə tanış olub. Meşə təsərrüfatında aparılan islahatlar çərçivəsində Milli Meşə Təsərrüfatı Agentliyi ağac istehsalı, çeşidlənməsi və “təşkilat meydançalarında” yığılmasını təşkil edir. “Əhalinin öz səyləri ilə odun istehsalını nəzərdə tutan sosial kəsimlər mərhələli şəkildə dayandırılır. Milli Meşə Təsərrüfatı Agentliyi yeni xidmətlərin tətbiqi üzərində fəal işləyir. Ölkə üzrə 39 “biznes həyəti” fəaliyyət göstərir ki, bu da meşə ilə bağlı bütün məlumatların və xidmətlərin sadələşdirilməsini təmin edir. Əhaliyə asanlıqla odun almaq, istəsələr, nəqliyyat xidmətindən də istifadə etmək imkanı verilir”, – deyə Kaxa Tsertsvadze bildirib. Milli Meşə Təsərrüfatı Agentliyinin yaydığı məlumata görə, 2023-cü ilin sonuna qədər Milli Meşə Təsərrüfatı Agentliyi əlavə 17 “biznes həyəti” təşkil etməyi planlaşdırıb.
Populyar xəbərlər
Azərbaycanlı həmvətənlərimi milli bayram, Novruz Bayramı münasibətilə təbrik edirəm” – Qoqi...
Bütün Azərbaycanlı həmvətənlərimizin hər birini milli Novruz Bayramı münasibətilə təbrik edirəm.Təəssüflər olsun ki, pandemiya səbəbi ilə artıq ikinci ildir ki, bu bayramı fövqəladə qaydalara...