Ədliyyə Nazirliyinin təşəbbüsü ilə bu gündən etibarən bir ay ərzində seçki prosesində manesiz iştirak etmək üçün şəxsiyyət vəsiqələri pulsuz veriləcək

0
93

Ədliyyə Nazirliyindən verilən məlumata əsasən, şəxsiyyət vəsiqəsini aşağıdakı kateqoriyalara aid olan şəxslər pulsuz əldə edə biləcəklər:

Bütün Gürcüstan vətəndaşlarınln şəxsiyyət sənədlərinin (xidmət pasportları daxil olmaqla) qüvvədə olma müddəti 1 oktyabr 2021 -ci il tarixinə qədər bitən və onların adına Gürcüstan vətəndaşlığına dair heç bir hüquqi sənədi (rəsmi pasport daxil olmaqla) olmayan şəxslər;

İndiyə qədər Gürcüstanda adına heç bir şəxsiyyət sənədi verilməyən yetkin vətəndaşlar;

Şəxsiyyət vəsiqəsi fotoşəkilləri yararsız (keyfiyyətsiz) hala düşən və ya Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin elektron məlumat bazasında saxlanılmayan vətəndaşlar.

“Aksiyadan istifadə etmək istəyənlər Ədliyyə Evlərinə, Dövlət Xidmətinin İnkişafı Agentliyinin ərazi idarələrinə və ya icma mərkəzlərinə müraciət etməlidirlər”, – Ədliyyə Nazirliyinin bəyanatında deyilir.

Əvvəlki məqaləGəncləri tələbə olmaları münasibətilə təbrik edirik!
Növbəti məqaləBolnisidə mobil peyvənd edən briqadalar yaradılıb