Bolnisi Diyarşünaslıq Muzeyinin əməkdaşında Kovid-19 virusu təsdiqlənib.

0

Bolnisi Tarix-Diyarşünaslıq Muzeyinin işçisində Kovid-19 virusu təsdiqlənib. Bundan sonra işçilər test edilib, Sürətli testlərin cavabları mənfi olub. Laboratoriya müayinələri davam edir və cavabları sabah bilinəcək. Bina hazırda dezinfeksiya olunur. Mövcud vəziyyətə görə, Milli Muzey rəhbərliyinin qərarına əsasən, muzey 5 aprelədək fəaliyyətini dayandıracaq.

“Martın 25-də Bolnisi Muzeyinin işçilərinin birində koronavirus aşkar edilib. Xəstəliyə yoluxmuş şəxsin əlaqələri yerli səhiyyə xidməti tərəfindən müəyyən edilib. Vəziyyət nəzərə alınaraq, 8 işçini özünütəcrid etməyə alınması lazım olub. Bu səbəbdən Milli Muzey rəhbərliyinin qərarına görə, Bolnisi Muzeyi 5 aprelədək fəaliyyətini dayandıracaq. Hazırda dezinfeksiya işləri aparılır”, – Bolnisi Muzeyinin icraçı direktoru Temur Urumaşvili bildirib.

Share.

Leave A Reply